1.5 milyona yaxın müsəlman Həcc ziyarətinə başlayır

Zəvvarlar

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı,

Həcc ziyarətinə 1.5 milyona yaxın adam qatılıb

Səudiyyə Ərəbistanında 1.5 milyon müsəlman həcc ziyarətinə qatılmağa hazırlaşır.

Ötən il Məkkə yaxınlığında yaranmış basabas 2 mindən artıq zəvvarın ölümü ilə nəticələnmişdi. Ölənlər arasında çox sayda İran vətəndaşları da olub.

Hadisənin ardınca Həccin təşkilinə görə Səudiyyəni tənqid edən İran bu il vətəndaşlarının Məkkəyə getməyəcəyini bildirib.

Səudiyyə hakimiyyəti təhlükəsizlik tədbirlərini sərtləşdirməkdədir. Məkkədəki əl-Həram, yəni Böyük Məscidin ətrafında avtomobill hərəkəti yasaqlanıb.

Videonun alt yazısı,

Həccə gedən zəvvarlara qolbağılar verilir

Müxtəlif yerlərdə buraxılış məntəqələri yaradılıb, zəvvarlara şəxsi məlumatın əks olunduğu qolbağılar paylanılır.

Şənbə günü zəvvarlar əl-Həram məscidindəki ibadətdən sonra Məkkədən 5 kilometr şərqə doğru yerləşən Minaya yollanacaqlar.

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı,

Həcc ziyarətinə müxtəlif ölkələrin vətəndaşları qatılır

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı,

Həcc dünyanın ən iri dini toplantılardan biridir.

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı,

Həcc müsəlman qardaşlığı hissini gücləndirmək məqsədinə də xidmət edir.

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı,

Həccin məqsədi sosial status, zənginlik əlamətləri və təşəxxüs hissini aradan qaldırmaqdır

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı,

Şənbə günü zəvvarlar əl-Həram məscidindəki ibadətdən sonra Məkkədən 5 kilometr şərqə doğru yerləşən Minaya yollanacaqlar.

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı,

Səudiyyə Ərəbistanı zəvvarları qəbul etmək üçün infrastruktur yaradır