Müsəlmanlar Ərəfat dağını ziyarət edir

Ərəfat dağı

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı,

Zəvvarlar ziyarətin ən önəmli hissəsini yerinə yetirmək üçün Ərəfat dağına toplaşıb

Səudiyyə Ərəbistanında ənənəvi Həcc ziyarətinə gedən 1.5 milyon zəvvar Ərəfat dağında Quran oxumaq və günboyu davam edən dualar etməklə ən əhəmiyyətli günü qeyd edir.

Günəşin doğmasından öncə zəvvarlar Məkkədən 15 kilometr uzaqlıqda yerləşən geniş düzənliyə toplaşıblar.

Müsəlmanların inamına görə, Məhəmməd Peyğəmbər sonuncu moizəsini bu yerdə edib.

Həcc, İslam dininin bütün müsəlmanların həyatları boyunca azı bir dəfə yerinə yetirməli olduğu beş sütunundan biridir.

Şənbə günü məlum olub ki, Səudiyyə Ərəbistanının ali ruhanisi Əbdül Əziz əl-Şeyx, səhhətindəki problemlərə görə son 35 ildə ilk dəfə olaraq ənənəvi Həcc ziyarətində vaizlik etməyəcək.

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı,

Günəş doğuşundan öncə zəvvarlar Məkkədən 15 kilometr uzaqlıqda yerləşən geniş düzənliyə toplaşıb.

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı,

Kişi zəvvarlar sosial fərqdən asılı olmayaraq paklığı və birliyi tərənnüm edən "ihram" adlandırılan ağ parçadan paltar geyiniblər

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı,

Dünyanın hər yerindən müsəlmanlar 5 günlük Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına axışıb

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı,

Bu uşaq və atası İndoneziyadandır

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı,

Zəvvarlar ağ divara adlarını yazır. İnanılır ki, Məhəmməd Peyğəmbər sonuncu moizəsini burada edib

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı,

Zəvvarlar dualar edərək oturur, dayanır və yüksəkliyə qalxmaq üçün xüsusi yolla hərəkət edir

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı,

Könüllülər +40 dərəcəyə qalxan istilərdən qorunmaq üçün zəvvarlara çətir paylayıb

Şəklin mənbəyi, AP

Şəklin mənbəyi, EPA

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı,

1.5 milyona yaxın zəvvar Məhəmməd Peyğəmbərin 1400 il öncə getdiyi yolla gedir

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı,

Bu sudanlı qadınlar Mərhəmət Dağı kimi tanınan qayada dua edir

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı,

Bir çox müsəlmanlar üçün Həcc ziyarəti mənəvi təcrübədir

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı,

İran bu ilki ziyarəti boykot edib. Əvəzinə İraqın müqəddəs Kərbəla şəhərinə ziyarət etməyi məsləhət görüb