New York partlayışı: Əhməd Xan Rahami polis tərəfindən saxlanılıb

Əhməd Xan Rahami

Şəklin mənbəyi, NEW JERSEY STATE POLICE

New Yorkda şənbə günü partlayışında şübhəli bilinən Əhməd Xan Rahami New Jersey ştatında polisi güllələyəndən sonra saxlanılıb, ABŞ mediası xəbər verir.

Hadisə Linden şəhərində baş verib, bu isə bazar günü müxtəlif qurğuların tapıldığı Elizabeth şəhərinə yaxındır.

Əslən əfqanıstanlı ABŞ vətəndaşı, 28 yaşlı Rahami bundan əvvəl New Yorkun mərkəzində, Manhattanda baş vermiş partlayışda şübhəli kimi müəyyən edilib. Həmin partlayış nəticəsində 29 nəfər xəsarət almışdı.

Polis, onun Elizabeth şəhərindəki evində axtarış aparırdı.

New York

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı,

Partlayışın səsi ətrafdakı binalarda eşidilib

Bundan əvvəl qubernator Andrew Cuomo deyib ki, New Yorkda baş vermiş güclü partlayış terror aktıdır.

Hadisənin hansısa beynəlxalq təşkilatla əlaqəsi hələ ki, məlum deyil.

Bundan əvvəl şəhər meri Bill de Blasio hadisəni "beynəlxalq akt" kimi qiymətləndirmişdi.

"Bombaları yerləşdirən şəxslər tapılaraq məsuliyyətə cəlb ediləcəklər," cənab Cuomo deyib.

Partlayışın gücündən yaxınlıqdakı binaların pəncərələri sınıb.

Həmin rayonda daha sonra digər bir partlayıcı qurğu aşkarlanıb.

Yaralılardan heç birinə ölüm təhlükəsi olmasa da, birinin vəziyyəti ağırdır, New York yanğın müvəkkili bildirib.

Onların əksəriyyəti kəsik və digər yüngül xəsarətlər alıblar.

Prezident Barack Obama hadisə ilə bağlı məlumatlandırılır, Ağ Ev rəsmisi bildirib.