New Jersey stansiyasının yaxınlığında şübhəli cihazlar aşkar edilib

Şəklin mənbəyi, Reuters
Polis cihazı robotla zərərsizləşdirib
New Jersey şəhərində qatar stansiyasının yaxınlığında aşkar edilən şübhəli bir çihaz partlayıb, rəsmilər bildirirlər.
Partlayış bomba araşdırmacılarının onu robotla zərərsizləşdirməyə cəhd etdikləri zaman baş verib.
Partlayış nəticəsində heç kəs xəsarət almayıb.
Şəhər merinin sözlərinə görə, bomba Elizabeth rayonunda stansiyaya yaxınlığında bir zibil qabına yerləşdirilmiş çantanın içində aşkar edilən beş cihazdan biridir.
Çantanın aşkar edilməsi ABŞ-da həftəsonu baş vermiş üçüncü hadisədir. Bundan əvvəl New York və New Jerseydə bombalar partlayıb və Minnesotada bıçaqlanma hadisəsi baş verib.
New York şəhərinin Chelsea ərazisində baş vermiş partlayışda 29 nəfər yaralanıb.
Əsas hadisələr:
-Şənbə günü New Jerseydə keçirilən xeyriyyə yarışı zamanı bomba partlayıb, heç kəs xəsarət almayıb.
-Həmçinin şənbə günü Minnesota ştatında yerləşən ticarət mərkəzində baş vermiş bıçaqlamada ən azı səkkiz nəfər yaralanıb.
-Təxminən gecə saat 9-da Manhattanın Chelsea ərazisində "qəsdən" həyata keçirilən partlayışın nəticəsində 29 şəxs xəsarət alıb.
-Birinci partlayışın ərazisinin yaxınlığında aşkar edilmiş başqa bir cihaz idarəli şəkildə partladılıb.
-Bazar günü gecəsi New Jerseyin Elizabeth rayonunda şübhəli cihazları daşıyan çanta aşkar edilib.
-Bomba araşdırmaçıları həmin çantadakı cihazları robot vasitəsilə zərərsizləşdirilməyə cəhd edərkən partlayış baş verib.
Partlayış
Bazar ertəsi polis New Jersey-nin Elizabeth ərazisində aşkar edilmiş və bomba olduğu düşünülən cihazı zərərsizləşdirərkən partlayış baş verib.
"Bu bir idarəli partlayış deyildi", mer Christian Bollwage bildirib və əlavə edib ki, partlayış bu cihazı araşdıran robotun məftilləri kəsməsi zamanı baş verib.
Tərkibində bir neçə cihaz olan çanta içində dəyərli bir şeyin olduğunu düşünən iki kişi tərəfindən zibil qabında aşkar edilib.
"Onlar çantanı yoxlayarkən məftil və borular tapıb və dərhal çantanı yerinə qoyaraq polis qərargahına xəbər veriblər", polis bildirib.
Federal Təhqiqat Bürosu bazar günü "maraq yaradan avtomobil" saxladıqlarını, lakin heç kəsin həbs edilmədiyni bildirib.
Amerika mediası yazır ki, rəsmilər 5 nəfəri ifadə almaq üçün saxlayıb. Amma hökümət sözçülərindən biri heç kəsin hələ ittiham olunmadığını və araşdırmanın davam etdiyini deyib.
New York şəhərində şənbə günü partladılmış bomba və yaxınlıqda aşkar edilən cihazın hər ikisi 2013-cü ildə Boston marafonunda istifadə edilən bombalara bənzər qəlpələrlə doldurulmuş tezbişirən qazandan hazırlanıblar.
Şəklin mənbəyi, AFP
Chelsea-də partlamış cihazın bu zibil qabının içində olduğu söylənilir

New York partlayışı: Əhməd Xan Rahami polis tərəfindən saxlanılıb
New Yorkda şənbə günü partlayışında şübhəli bilinən Əhməd Xan Rahami New Jersey ştatında polisi güllələyəndən sonra saxlanılıb, ABŞ mediası xəbər verir.