Ata Bush "Clinton-a səs verəcək"

Cənab Bush və onun xanımı Barbara
Şəklin alt yazısı,

Cənab Bush və onun xanımı Barbara Donald Trumpı-ın kampaniyasını hələ ki dəstəkləməyiblər.

Amerikanın Respublikaçılar partiyasından prezident olmuş Ata Bush noyabr ayındakı prezident seçkilərində Hillary Clinton-a səs verəcək, ABŞ-ın Politico vebsaytı xəbər verir.

İddia olunur ki, George H.W. Bush belə bir vədi keçmiş ABŞ prezidenti John F. Kennedy-nin qardaşı qızına verib.

"Prezident mənə Hillary-ə səs verəcəyini deyib!", - Kathleen Kennedy Townsend sabiq prezidentlə görüşünü təsvir edən Facebook səhfəsinə yerləşdirdiyi şəklin altında yazıb.

Həmçinin oxu:

Cənab Bush-un ofisi bu xəbəri təsdiq etməyib. Onun sözçüsü məlumatın yoxlanıldığını bildirib.

1989-1993-cü illərdə prezident olmuş George H.W. Bush və Respublikaçılar partiyasından namizədlik uğrunda mübarizəni tərk etmiş onun oğlu - Jeb Bush Donald Trump-ın (və Respublikaçılar partiyasından digər namizədlərin) kampaniyasını dəstəkləməyiblər.

Noyabr ayının 8-də amerikalılar ikinci müddətini başa vurmuş prezident Barack Obama-nın xələfini seçəcəklər.