Hindistan: yoldan keçənlər qadının bıçaqlanmasına tamaşa ediblər

CCTV görüntüləri Fotonun müəllifi CCTV
Image caption Qadın Dehlinin gur küçələrindən birində qətlə yetirilib

Hindistan paytaxtı Dehlidə yoldan keçənlərin qadının bir kişi tərəfindən 20 dəfədən çox bıçaqlanmasını seyr etməsi qəzəbə səbəb olub.

Təhlükəsizlik kameralarının görüntülərində motosiklet sürən kişi 22 yaşlı məktəb müəlliməsi Karunaya yaxınlaşaraq onu bıçaqlamağa başlayır.

Karuna hadisə yerində keçinib.

Kişi yoldan keçənlərin gözü önündə qadını dəfələrlə bıçaqladıqdan sonra başına daşla zərbə endirərək onu təpikləməyə başlayır.

Hücum edən şəxs qaçmağa çalışarkən isə yerli sakinlər müdaxilə edirlər. Polisin bildirdiyinə görə, şübhəli şəxs qətli törətməkdə ittiham olunub.

Həmçinin oxu:

"O, səhər saat 9 radələrində qohumu ilə gəzərkən hücuma məruz qalıb", polis rəsmisi Eşa Pandey BBC-ə bildirib. "Görünür hücum edən şəxsin qonşu olduqları zaman ondan xoşu gəlib, lakin qadın evləndikdən sonra ona əhəmiyyət verməyib".

Fotonun müəllifi AFP
Image caption 2012-ci ildən bəri Hindistanda qadınlara qarşı zorakılıq hallarının artdığı bildirilir

Yerli medianının qadının qardaşına istinadən bildirdiyinə görə, hücum edən şəxs əvvəllər onun bacısına təcavüz edib və ailəsi bununla bağlı polisə şikayət edib.

Bundan əvvəl polis rəsmisi Madhar Verma jurnalistlərə bildirib ki, "bundan dörd-beş ay əvvəl ailəsi polisə şikayət edib və daha sonra hər iki ailə barışığa gəlib".

Qətlin görüntüləri və yoldan keçənlərin qadına kömək etmək üçün dayanmaması qəzəbə səbəb olub.

Bu, son iki gündə Hindistan paytaxtında baş vermiş ilk belə hadisə deyil.

Bazar günü axşam 28 yaşlı Laxmi evinin önündə, qonşularının gözü qarşısında bir kişi tərəfindən bıçalanaraq qətlə yetirilib. Daha sonra həmin şəxs özünü də öldürüb, Times of India qəzeti xəbər verir.

Ailəsinin bildirdiyinə görə qadın izləndiyinə görə əvvəllər polisə şikayət edib.

2012-ci ildən bəri Hindistanda qadınlara qarşı zorakılıq hallarının artdığı bildirilir. Bu hücumlara qarşı daha sərt qanunlar tətbiq edilməyə başlanıb.

Lakin buna baxmayaraq ölkə boyu qadın və uşaqlara qarşı zorakı hücumlar davam etməkdədir.

Əlaqəli mövzular

Bu barədə daha geniş