Suriya münaqişəsi: Bombardman Hələb şəhərini "susuz qoyub"

Şəklin mənbəyi, Reuters
BMT bildirir ki, şəhəri sakinləri içməli olmayan sudan istifadə etməli olacaqlar.
Həmlələrin şiddətlənməsi nəticəsində Suriyanın Hələb şəhərinin 2 milyonadək sakini içməli susuz qalıb, BMT bildirir.
Təşkilatın Uşaq Fonduna əsasən cümə günu hücumların intensivləşməsinə görə üsyançıların nəzarətindəki şərq rayonlarını su ilə təchiz edən nasos stansiyasını bərpa etmək mümkün olmayıb.
Fond bildirir ki, intiqam almaq məqsədilə bütün şəhəri su ilə təchiz edən ikinci stansiyanın işi qəsdən dayandırılmışdı.
"Bütün Hələbə, iki milyon adama, şəhərin şərq və qərbində yaşayan sakinlərə su təchizatı artıq dayandırılıb", BMT nümayəndəsi BBC-ə bildirib.
Həmçinin oxu:Hələb "xırcımlanıb"
Kieran Dwyer-n sözlərinə görə sakinlər içməli olmayan sudan istifadə etmək məcburiyyətində qalacaq. Bu isə xəstəliklərin yayılmasına səbəb ola bilər.
Bazar ertəsi atəşkəs rejiminin pozulması ardınca Suriya ordusu üsyançıların əlində olan rayonları geri almaq niyyətində olduğunu bildirib.
Britaniyada mənzillənən Suriya İnsan Haqları Müşahidə qrupu, şənbə günü baş verən hava zərbələri nəticəsində 25 adamın öldüyünü bildirib.
Fəallar aviahücumda Rusiya və Suriya təyyarələrinin iştirak etdiyini deyirlər. Hərçənd ki, Moskva bu məlumatı təsdiqləməyib. New York şəhərində hadisəni şərh edən Rusiyanın xarici işlər naziri araşdırmanın keçirilməsinə səsləyib.
Moskva Suriya hökumətini, ABŞ isə üsyançı qüvvələri dəstəkləyir.
Şəklin mənbəyi, AP
Çərşənbə günü Hələb şəhərində döyüşlər nəticəsində 50 adam həlak olub, fəallar bildirir.
Şəklin mənbəyi, AP

Suriyada müharibə: Hələb şəhəri "xırcımlanıb"
Döyüş təyyarələri Hələbi hava hücumuna məruz qoyub.