Şimon Peresin dəfn mərasimi: Dünya liderləri İsraildə toplanıb

Cənab Peresin tabutu Qüdsdə parlament binasının qarşısına qoyulub Fotonun müəllifi AP
Image caption Cənab Peresin tabutu Qüdsdə parlament binasının qarşısına qoyulub

Onlarla dünya lideri Şimon Peresin, ölkəni quran atalardan birinin dəfn mərasiminə qatılmaq üçün İsrailə toplanır.

İsrail baş naziri Benjamin Netanyahu çıxışında Şimon Peresi "dünyanın böyük insanı" adlandırıb.

ABŞ prezidenti Barack Obama deyib ki, Fələstin lideri Mahmud Abbasın mərasimdə iştirakı "yarımçıq qalmış sülh işinə" işarədir.

Mərasim iştirakçıları arasında 2010-cu ildən bu yana İsrailə ilk dəfə səfər edən Fələstin lideri Mahmoud Abbas da var.

Mərasimdən öncə təhlükəsizlik tədbirləri gücləndirilib, bir neçə nəfər həbs edilib.

Fotonun müəllifi AP
Image caption Cümə günü keçirilən dəfn mərasimində çıxış edən İsrail baş naziri Benjamin Netanyahu

Çərşənbə günü, 93 yaşında dünyasını dəyişən cənab Peresin rəsmi dəfn mərasimi cümə günü keçirilir.

Cənab Abbas Fələstin Liberal Təşkilatının danışıqlar aparan nümayəndəsi kimi 1993-cü ildə, Osloda sülh sazişini imzalayanlardan biri olub və bu sazişə görə bir il sonra cənab Peres, Yasser Arafat və Yitzhak Rabin-lə birlikdə Nobel Sülh mükafatı aldı.

Fələstinin yüksək çinli rəsmisi Associated Press xəbər agentliyinə deyib ki, cənab Abbas mərasimdə iştirakı ilə "İsrail cəmiyyətinə güclü bir mesaj göndərmək istəyir ki, fələstinlilər sülhə həmişə hazırdır və Şimon Peres kimi sülhsevər insanların səylərini dəstəkləyir".

Hazırda Gaza ərazisini idarə edən Fələstinin radikal Hamas təşkilatının sözçüsü cənab Abbasa çağırış edərək deyib ki, "o, kriminal Şimon Peresin dəfn mərasiminə qatılmaq qərarından dönməlidir".

Ən böyük mərasim

Cənab Peresin reputasiyası 1996-cı ildə, Livanın cənubunda yerləşən Qananı atəşə tutan zaman BMT-yə məxsus lagerdə sığınan 100 nəfərin ölümü hadisəsindən sonra pisləşib.

Bu hadisə o, baş nazir olan vaxtı baş vermişdi. Bir qədər sonra o demişdi ki, bir neçə yüz insanın həmin lagerdə olması "acı sürpriz" idi.

Yaxın Şərq ölkələrindən yalnız İordaniya dəfn mərasiminə qatılmaq üçün rəsmi nümayəndəsini göndərir.

Fotonun müəllifi Reuters
Image caption Dəfn mərasimidnə ABŞ prezidenti Barack Obama da iştirak edib

Cənab Peresin 3 uşağı, İsrailin baş naziri və prezidenti ilə yanaşı ABŞ prezidenti Barack Obama da mərasimdə çıxış edəcək.

Cənab Peres dəfn mərasiminin detallarını dünyasını dəyişməzdən öncə deyib. Onun cənazəsi Yerusəlimdə parlament binasının qarşısında qoyulub.

Dəfn mərasiminə Böyük Britaniyadan Prince Charles, xarici işlər naziri Boris Johnson və sabiq baş nazir Tony Blair qatılacaq. Bununla yanaşı, Avropa Şurası, Fransa, Almaniya, Latviya, Litva, Meksika, Polşa və Rumınya prezidentləri, o cümlədən BMT rəhbəri Ban Ki-moon da mərasimə qatılanlar sırasındadır.

İsrail polisi deyib ki, təhlükəsizlik əməliyyatına 8000 əməkdaş cəlb olunub və dəfn mərasimində əlavə minlərlə əməkdaşın cəlbi gözlənilir.

Dəfn mərasiminin 1995-ci ildə qətlə yetirilən baş nazir Yitzhak Rabin-in dəfnindən sonra İsraildə baş tutacaq ən böyük mərasim olacağı gözlənilir.

Bu barədə daha geniş