Suriya üsyançıları İD-nin nəzarətində olan Dabiq şəhərinə doğru irəliləyirlər

Türkiyənin dəstəklədiyi Suriya üsyançıları sərhəd Cərəblus şəhərini Avqust ayının sonlarında ələ keçiriblər

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı,

Türkiyənin dəstəklədiyi Suriya üsyançıları sərhəd Cərəblus şəhərini Avqust ayının sonlarında ələ keçiriblər

Dabiq şəhərinə doğru irəliləyərkən özünü İslam Dövləti adlandıran qruplaşma ilə qarşıdurmada Türkiyənin dəstəklədiyi ən azı 15 üsyançı öldürülüb.

Monitorinq qrupunun bildirdiyinə görə üsyançılar Türkman Barih kəndini qorumaq istəyərkən minalara düşüblər.

Üsyançıların komandirlərindən biri deyib ki, o, Dabiqə 48 saat içində çatacaqlarını gözləyir.

Dabiq İD üçün simvolik məna daşıyır və qruplaşmanın təbliğatında da əhəmiyyətli yer tutur.

İslamda bu kiçik şəhər müsəlmanlarla düşmənləri arasında "son hesablaşma yeri" adlandırılır.

Suriyada ərəb üsyançı qrupların ittifaqı Türkiyə hava zərbələri, tank və xüsusi qüvvələrinin dəstəyi ilə İD döyüşçülərini və kürd döyüçüləri Turkiyə-Suriya sərhədindən kənarlaşdırmaq üçün avqust ayında əməliyyata başlayıblar.

Həmin vaxtdan bəri onlar Cələbrus və əl-Ray şəhərlərini tutub və təxminən 960 kv km əraziyə nəzarəti ələ keçiriblər, Türkiyə bildirir.

Bazar ertəsi Türkiyə hərbçiləri bildiriblər ki, son 24 saat ərzində əl-Ray şəhərinin cənubunda "intensiv" toqquşmalar olub və və nəticədə 15 suriyalı üsyançı ölüb, 35 nəfər yaralanıb.

Bu arada Türkiyə döyüş təyyarələri, artilleriyası və qrantamyotları onlarla İD istinadgahını hədəf alıb, məlumatda əlavə olunur.

Britaniyada mənzillənmiş Suriya İnsan Haqları Müşahidə qrupu ölü sayının 21 olduğunu bildirib.

Türkiyə tankları üsyançılara dəstək göstərir

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı,

Türkiyə tankları üsyançılara dəstək göstərir

Üsyançılar son günlər ərzində Dabiq yaxınlığında digər kəndləri ələ keçiriblər və onların 48 saat ərzində şəhərə çatacaqları gözlənilir, Sultan Murad qruplaşmasının komandiri Ahmed Osman bazar ertəsi Reuters xəbər agentliyinə deyib.

İD-yə qarşı ABŞ-ın başçılıq etdiyi koalisiya da Dabiq istiqamətində hərəkət edən üsyançılara dəstək göstərir, ABŞ-ın xüsusi nümayəndəsi Brett McGurk bazar günü Twitter-də yazıb.

Eyni zamanda bazar ertəsi Suriya hökuməti və Rusiya döyük təyyarələri Hələb şəhərinə hava zərbələrini həyata keçiriblər.

Üsyançıların nəzarətində olan Hama əyalətində yeraltı xəstəxana hava zərbələrindən sonra ziyan görüb

Şəklin mənbəyi, UOSSM USA

Şəklin alt yazısı,

Üsyançıların nəzarətində olan Hama əyalətində yeraltı xəstəxana hava zərbələrindən sonra ziyan görüb