Qara Bazar ertəsi: qadınlar aborta qarşı qanuna etiraz edir

Reproduktiv hüquqların matəmi işarəsi kimi qadınlar qara geyinərək etiraz edir

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı,

Reproduktiv hüquqların matəmi işarəsi kimi qadınlar qara geyinərək etiraz edir

Polşada qadınlar abortu qadağan edən qanuna qarşı etiraz edir.

Onlar etirazlarını reproduktiv hüquqlarının matəmi işarəsi kimi qara geyinib küçələrdə nümayiş edərək bildiriblər.

Etirazçı qadınlar işə və məktəbə getmir, ev işlərini görməkdən boyun qaçırır.

Polşalılar bu nümayiş növündə - Qara Bazar ertəsi 1975-ci ildə İslandiya qadınlarının etirazından ilhamlanıb.

Həm Varşavada, həm də rayonlarda etiraz edən qadınların sayı hələlik bilinmir.

Parlamentdə ilkin müzakirədən keçmiş qanun layihəsi qəbul edilərsə, bu ölkədə digər iki Avropa ölkəsi - Malta və Vatikandakı kimi abort etmək qadağan ediləcək.

Bu qaydanı pozan qadınları isə 5 il həbs cəzası gözləyir. Abortu həyata keçirən həkimləri də həbs gözləyir.

Polşada abort, bir sıra halları çıxmaqla, əsasən qadağandır.