Funt sterlinq son 31 ildə ən aşağı həddə enib

Dollar-funt

London birjasının əsas indeksi FTSE 2015-ci ilin may ayından bəri ilk dəfə olaraq 7000-dən yuxarı qalxıb, funt isə dollara qarşı son 31 ildə ən aşağı həddə enib.

Çərşənbə axşamı bir funt 1.2766 dollar olub. Bu, dollara qarşı 1985-ci ildən bəri ən aşağı həddir.

Sterlinq son iki gündə, Mühafizəkarlar Partiyasının konfransında Brexit təfərrüatları ilə bağlı məlumatların açıqlanması fonunda düşməyə başlayıb.

Funt avroya qarşı da 0.3% dəyər itirərək 1.1431 avroya bərabər olub.

Bazar günü Britaniyanın baş naziri Theresa May bildirib ki, o, 2017-ci ilin mart ayından Avropa İttifaqını tərk etməklə bağlı 50-ci Maddənin tətbiqinə başlayacaq.

Analitiklərin fikrincə funtun dəyərdən düşməsi Britaniyanın Aİ-nin vahid bazarını tərk etmə perspektivləri ilə bağlıdır.

Əlaqəli mövzular

Bu barədə daha geniş