Matthew qasırğasına kosmosdan baxış
Matthew qasırğasına kosmosdan baxış
Beynəxalq Kosmik Stansiyasından Matthew qasırğasının görüntüləri çəkilib.
Karib adları şimalından keçən qasırğa özü ilə sürəti saatda 220 kilometrə çatan külək və leysan yağışlar gətirib.
Dördüncü dərəcəli qasırğa olan Matthew qasırğası Haitinin cənub-qərbində torpaq sürüşməsinə səbəb olub.
ABŞ-ın Milli Qasırğa Mərkəzinin (NHC) bildirdiyinə görə, Haitidə "güclü qasırğanın gətirə biləcəyi hər şey baş verir".
Güclü qasığra Haitiyə çatıb
Son illərin ən güclü Atlantik qasırğası özü ilə Haitiyə güclü küləklər, yağış və təhlükəli fırtına gətirib.