Roma Papası İtaliyanın Amatrice şəhərinə səfər edib

Roma Papası İtaliyanın Amatrice şəhərinə səfər edib

Oktyabrın 4-də Roma Papası Francis "sürpriz" səfər edib.

O, İtaliyaya, zəlzələ nəticəsində az qala 300 adamın həlak olduğu Amatrice şəhərinə baş çəkib.

Papa Francis bütün əşyalarını yaşayış yerlərini itirən sakinlərlə görüşüb, ölənlərə rəhmət diləyib.

Səfər barədə əvvəldən məlumat verməyən Vatikan daha sonra Papanın burada görüntürərini paylaşıb.

Sakinlərə səsucaldanla müraciət edən Pontifik deyib ki, daha əvvəl gəlmək istəsə də heç kimə “baş ağrısı vermək” istəmirdi.

Bazar günü Azərbaycandan qayıdarkən Papa Francis təyyarədə demişdi ki, ona bu səfər üçün 3 müxtəlif tarix seçimi verilmişdi. Amma o, hansı gün gedəcəyini açıqlamamışdı.

O, bu səfəri “tək, bir keşiş kimi, yepiskop kimi, Papa kimi, amma tək, gizli” emtək istədiyini demişdi. “Mən adamlara yaxın olmaq istəyirəm”.