Suriya: Türkiyə hərbçiləri 18 İD döyüşçüsünü "öldürüb"

Suriya Fotonun müəllifi Getty Images
Image caption Türkiyə ordusu avqustun 24-dən "Fərat qalxanı" əməliyyatı ilə İD-ə qarşı əməliyyatlara başlayıb

Türkiyə hərbçiləri Suriyada özünü İslam Dövləti adlandıran qrupun 18 döyüşçüsünü öldürdüyünü açıqlayıb.

Türkiyə Silahlı Qüvvələrinin Baş Komandanlığının məlumatına görə, qarşıdurma zamanı bir türk əsgəri həlak olub və üçü yaralanıb.

Məlumatda qeyd edilir ki, hərbçilər döyüşçülərin 75 həmləsini dəf edib və haubitsa, tank və raket sistemlərindən 275 dəfə cavab atəşi açıb.

Bundan əlavə, Türkiyə hərbi təyyarələri İD-ə məxsus üç bina və silah anbarına atəş açıb.

Türkiyə ordusu avqustun 24-dən "Fərat qalxanı" əməliyyatı ilə İD-ə qarşı əməliyyatlara başlayıb.

Ordu indiyə qədər Suriyanın şimalında müxalifət qüvvələrinin köməyilə Cərəblus şəhərini İD-dən azad edib.

Bu barədə daha geniş