Almaniya: 30 il evdən çıxmayan insanın sirri nədir?

Şəklin mənbəyi, AP
Almaniyada şəxsi həyat haqqında ciddi qaydalar mövcud olduğundan kişinin kimliyi açıqlanmır.
Almaniya polisi oğullarını 30 il evdə saxlamaqda ittiham olunan cütlük barədə araşdırma aparır.
Bavariya şəhərinin Bayreuth kəndində yaşayan, hazırda 43 yaşı olan kişi 13 yaşında məktəbi dayandırdıqdan sonra ictimaiyyətdə az-az görünüb.
Polis deyir ki, o, baxımsız görünsə də, qidalanması yaxşı olub.
Kişinin anası mediada deyib ki, oğlu "sadəcə küçəyə çıxmaq istəməyib" və o, sadəcə övladını qorumaq istəyib.
Polisə kişi barədə məlumat keçən ay gizli ötürülüb. Bundan sonra polis kişini xəstəxanaya aparıb.
Almaniyada şəxsi həyat haqqında ciddi qaydalar mövcud olduğundan kişinin kimliyi açıqlanmır.
Hadisə barədə ətraflı şərh verməyən polis deyib ki, bu, cinayət işindən daha çox ailə faciəsidir.
Polisin sözçüsü Juergen Stadter jurnalistlərə söyləyib ki, hələlik kişinin niyə evdən çıxmamasının səbəbi bilinmir.
"Bəlkə o özü belə istəyib", o əlavə edib.
Şahidlər bildiriblər ki, onlar kişinin evdə sərbəst hərəkət etdiyini güman edirlər və onun zəncirlənməyinin şahidi olmayıblar.
Polis onun haqqında yalnız 13 il əvvəl onun ibtidai məktəbə və orta sinfə getdiyini göstərən sənədə malikdir.
Həmin sənəddə deyilir ki, məktəb onun orada dərslərə gəlməyə uyğun olmadığını deyir.
Hazırda kişi həkim müayinəsindən keçir.