ABŞ prezident seçkisi: Trump Clintonun üzərinə şiddətli hücuma başlayıb

Şəklin mənbəyi, Getty Images
Rəqiblərin ikinci debatı video ətrafında başlayan qalmaqalın müzakirəsi ilə başlayıb
Donald Trump qadınlara qarşı işlətdiyi ədəbsiz sözləri müdafiə edərək Hillary Clinton və onun ərinə qarşı qəzəbli hücuma başlayıb.
Respublikaçılardan olan namizəd qadınlara qarşı cinsi hücumu qətiyyətlə inkar edib və debatda hücumu eks prezident Bill Clinton-un üzərinə yönləndirib.
"Siyasətçilər tarixində qadınlara qarşı bu qədər təhqiramiz davranan hələ olmayıb", o deyib.
Hillary Clinton həyat yoldaşı haqqında olan fikirləri şərh etməkdən imtina edib.
Aparıcı Anderson Cooper-in cənab Trump-ın qadınları əlləşdirməklə öyünməsi haqda danışdığı 2005-ci ildə yazılan səs yazısının ötən cümə günü aşkara çıxması ilə bağlı Trump-a sual verməsindən sonra o, xanım Clinton-un üzərinə hücuma keçib.
Aparıcı Anderson Cooper-in daha sonra cənab Trump-ın ümumiyyətlə nə vaxtsa qadınlara qarşı zorakı hərəkət edib-etməməsi ilə bağlı sualına cavab olaraq o, belə halın olmasını ümumiyyətlə təkzib edib və cənab Clinton-un davranışlarının üzərinə fokuslaşıb.
Cənab Clintona qarşı cinsi zorakılıqla bağlı hər hansı cinayət işi başladılmayıb.
Xanım Clinton deyib ki, aşkara çıxan səs yazısınına görə hətta Respublikaçıların öz namizədlərini dəstəkləməkdən imtina etməsi göstərir ki, cənab Trump əslində kimdir.
"Mən düşünürəm ki, bunu dinləyən [videonu] hər kəs anlayır ki, bu elə əsil onun özüdür."
Şəklin mənbəyi, AP
Melania Trump və Bill Clinton debatdan öncə həyat yoldaşları etdiyi kimi bir-birinin əlini sıxıb
3 debatdan ikincisinə başlamaq üçün St Louis-da səhnəyə çıxan tərəflər bir-birinin əlini sıxmayıb.
Cənab Trump deyib ki, o qalib gəlsə xanım Clinton-la bağlı xüsusi araşdırma başladacaq və özəl mesajlarına görə onu həbsxanaya salacaq.
"Onun indi dedikləri hamısı tamamilə yalandır, lakin mən buna təəccüblənmirəm", o cavab verib. "Bu sadəcə dəhşətli dərəcədə yaxşıdır ki, Donald Trump temperamentində olan birisi ölkədəki qanunlara cavab vermir."
"Çünki sən həbsxanada olmusan", Trump xanım Clinton-nun sözünü kəsib.
Cənab Trump xanım Clinton-nun onun tərəfdarlarını "yaramaz" adlandırmasını tənqid edərək deyib ki, Demokratlardan olan rəqibinin "ürəyində böyük nifrət var".
Xanım Clinton bu sözünə görə üzr istəyib və əlavə edib: "Mənim işim onun tərəfdarları ilə deyil, onun özü ilə, apardığı çirkin və separatçı kompaniyasıyla bağlıdır."