Funt ucuzlaşır, FTSE 100 səhmləri bahalaşır

City traders

Londonda keçirilən ticarət sessiyasının əvvəlində Britaniyanın milli valyutası dəyərini itirməkdə davam edib. Bu arada səhmlərin FTSE 100 indeksi rekord səviyyəyə çatıb.

Aİ-dən çıxmaqla bağlı narahatlıqlar fonunda son bir neçə gün ərzində Britaniyanın milli valyutasının qiyməti kəskin şəkildə aşağı düşür.

Funt sterlinq dollara nisbətdə 0,6 faiz ucuzlaşaraq $1.2284 satılıb. Avroya qarşı da dəyərinin 0,4 faizini itirən funtun qiyməti €1.1051 olub.

Bu arada FTSE 100 indeksinin qiyməti 15.33 bəndədək bahalaşaraq günlük rekord təşkil edən 7,112.83 səviyyəsinə çatıb.

Funtun zəifləməsi gəlirlərin çoxunu xaricdə əldə edən FTSE 100-ə daxil şirkətlərin səhmlərinin bahalaşmasına səbəb olub. Belə ki, zəif funt konvertasiyası ölkə kənarından cəlb olunan mənfəətin dəyərini artırmış olur.

Sterlinq brexit qərarından sonra dəyərinin 18 faizini itirib.