Putin Suriyada Rusiya təyyarələrinin müddətsiz yerləşdirilməsinə dair razılaşmanı təsdiqləyib

Şəklin mənbəyi, RIA Novosti
Rusiya bir ildən artıdqır ki, Suriyadakı Hmeymim hava bazasını istifadə edir
Rusiya prezidenti Vladimir Putin Suriyada Rusiya aviasiya qrupunun müddətsiz yerləşdirilməsini nəzərdə tutan razılaşmanın ratifikasiyası haqqında sərəncamı imzalayıb.
Bundan əvvəl sənəd Rusiya parlamentinin hər iki palatası tərəfindən dəstəklənib.
Suriya ilə Rusiya rəsmiləri razılaşmaya ötən il imza atıblar. Lakin onun ratifikasiyası prosesi payız aylarında başlanıb.
Sənəddə deyilir ki, Rusiya aviasiyası Suriyada Bəşər Əsəd hökumətinin müraciəti əsasında yerləşdirilib. Həmçinin qeyd olunur ki, təyyarələr üçün yanacaq rüsumsuz idxal olunacaq.
Həmçinin oxu: Rusiya Suriyada niyə fəaldır? - Suallar və Cavablar
Nəzərdə tutulur ki, Suriyada xidmət edən Rusiya aviasiya qrupunun üzvlərinə qarşı məhkəmə iddiaları qaldırılmayacaq, onun fəaliyyətilə bağlı iradlar tutulmayacaq.
Sənədə əsasən təyyarə və aviasiya avadanlığının sayı Suriya tərəfilə razılaşdırılır.
ABŞ Suriyadakı Rusiya hərbi qrupunun genişlənməsilə bağlı narahatlığını bildirib.
Əsəd: Suriyanın yeganə ümidi Rusiya-Türkiyə yaxınlaşmasıdır
Komsomolskaya Pravda qəzetinə müsahibə verən Suriya prezidenti Bəşər Əsəd Rusiyanın, Türkiyənin Suriya siyasətini dəyişdirə biləcəyinə ümid etdiyini deyib.