Bağdadda partlayış: ən azı 32 adam həlak olub

Polis

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı,

Partlayış çadır altında toplaşan insanlar arasında baş verib.

İraq paytaxtında şiələri hədəfləyən intiharçı hücum nəticəsində ən azı 32 nəfər həlak olub. Onlarla adam xəsarət alıb, rəsmilər bildirir.

Bağdadın şimal hissəsində baş verən partlayış aşura günü ilə bağlı keçirilən dini mərasimlərə təsadüf edib.

Məlumata əsasən intiharçı şəxs üzərindəki partlayıcını çadırda nahar yeməyi vaxtı toplaşan izdihamın arasında işə salıb.

Hücuma görə məsuliyyəti üzərinə özünü İslam Dövləti (İD) adlandıran qruplaşma götürüb. Cihadçı qrup bu barədə xəbəri Telegram messenceri vasitəsilə yayıb.

BBC müxbirinə əsasən ilk dəfə deyil ki, dini mərasim vaxtı bir araya gələn izdiham silahlıların hədəfinə çevrilir.