ABŞ: "Şimali Koreya uğursuz raket sınağı keçirib"

Şəklin mənbəyi, Reuters
Bəzi sınaqlara ölkə lideri Kim Jong-un şəxsən nəzarət edir
Şimali Koreya orta mənzilli ballistik raketi uğursuz sınaqdan keçirib, ABŞ hərbiyyəsi deyir.
Musudan raketinin 4000 km-ə qədər uçmaq qabiliyyəti var - bu, Cənubi Koreyanı, Yaponiyanı və ABŞ-ın Quam ərazisini bombalamağa qadirdir.
Pxenyan bu məlumata heç bir şərh verməyib.
Bu il ərzində ölkə bir neçə raket sınaqları keçirib, hərçənd ki, BMT ballistik silahlar və nüvə texnologiyalarının istifadəsini qadağan edib.
Sınaq şənbə günü keçirilib, lakin "Şimali Amerikaya təhlükə əks etdirməyib", ABŞ Hərbi Komandiri Gary Ross bildirib.
Cənubi Koreya sınaq uğursuz olduğunu təsdiqləyib və qonşusunun hərəkətini qəti pisləyib.
Yonhap xəbər agentliyi bildirib ki, raket buraxıldıqdan az sonra partlayıb.

Yüksək gərginlik
Stephan Evans, Seuldan BBC News üçün:
Musudan - qoşqunun arxa tərəfindən buraxılan mobil raketdir. Şimali Koreya bu il azı altı dəfə bu növ raketi sınaqdan keçirib. Əksəriyyəti uğursuz olub, təkcə biri azı 1,000 km gedə bilib.
Hazırda ABŞ və Cənubi Koreya qoşunları ilə birlikdə təlimlər keçdiyindən gərginlik yüksək həddədir. ABŞ-ın ən böyük aviadaşıyıcısı hazırda Cənubi Koreya limanındadır.
Cənubi Koreyanın kütləvi informasiya vasitələri bildirirlər ki, Şimali Koreyanın nüvə obyektləri və rəhbərliyi hədəfə alınmaqda virtual təlimlər aparılır.ABŞ hərbiyyəsi bunu təkzib edir.