Xəbərlər şəkillərdə: Britaniya fotomüxbirlərinin ən yaxşı işləri

Britaniya Fotomüxbirlər Assosiasiyası son 12 ay ərzində Xəbər, Fotooçerk və İdman mövzusunda dərc edilmiş ən yaxşı şəkilləri bir araya gətirib.

Şəklin alt yazısı,

Britaniya Fotomüxbirlər Assosiasiyası 1984-cü ildə bir qrup fotoqrafçı tərəfindən təsis olunub. Onun əsas məqsədi fotomüxbirlərin işlərini geniş ictimaiyyətə çatdırmaqdır. Bruce Adams-ın çəkdiyi bu şəkildə velosipedçi su basmış küçəni qarşı tərəfə keçir.

Şəklin alt yazısı,

Ata və oğul Londonun şərqindəki Upton Park stadionunun qapıları arasından West Ham klubu ilə Manchester United klublarının oyununu izləyirlər. Şəkilin müəllifi Matt Sprake-dir.

Şəklin alt yazısı,

Dan Kitwood-un çəkdiyi fotoşəkildə Pakistandan Avropaya yollanan miqrantların Yunanıstanın Kos adasına çatması təsvir olunur. 2015-ci ildə Yaxın Şərq və Afrikadan Avropaya 1 milyondan artıq miqrant gəlib.

Şəklin alt yazısı,

Jeff J Mitchell bu fotoşəkli Sloveniyada çəkib. Miqrantlardan ibarət kolonna Brejitse şəhərindəki çadır şəhərciyinə yollanır. İnsanları polislər müşaiyət edir.

Şəklin alt yazısı,

Fransanın Kale şəhəri: Dəmir yolunun kənarında polislərdən gizlənməyə çalışan şəxs. Fotoşəkli Damien McFadden çəkib.

Şəklin alt yazısı,

Bruce Adams Britaniya üçün nadir qarlı havada gəzintiyə çıxan şəxsin şəklini çəkib. Fotomüxbir bu səhnəyə Stockport şəhərində rast gəlib.

Şəklin alt yazısı,

Britaniyada Dee çayı sahillərindəki poladtökmə zavodu və elektrik stansiyası üzərində günəş qalxır. Poetik çalarlara malik sənaye mənzərəsini Christopher Furlong çəkib.

Şəklin alt yazısı,

Britaniya baş nazirinin xanımı Samanta istefasını elan edən David Camerona baxır. Hökumət qarşısında baş verən dramatik anları Ben Cawthra izləyib.

Şəklin alt yazısı,

Şahzadə Harry İnvictus Games yarışları gedişatında qələbə ilə bağlı Britaniya komandasını təbrik edir. Şəklin müəllifi Chris Jackson-dur.

Şəklin alt yazısı,

Wimbledon yarışlarının finalında amerikalı tennisçi Serena Williams-ın qələbə sevincini Lindsey Parnaby müşahidə edib.

Şəklin alt yazısı,

Britaniyalı yüngül atlet Mo Farah Rio Olimpiadasında 5000 metrə qaçışda Olimpia medalına sahib olub. Jeremy Selvinin fotoşəkli idmançının sevinc anlarını əks etdirir.