Malayziyanın dini qurumu: “Hot dog”-un adı “dəyişdirilməlidir”

Şəklin mənbəyi, Getty Images
Malayziyada "Hot dog" adını daşıyan sosislərə halal lisenziyası verilməyəcək.
Malayziyada ərzaq halal lisenziyasını saxlamaq istəyən iaşə müəssisələri hot doq sosislərinin adını dəyişdirməlidirlər, dini məsələləri tənzimləyən dövlət qurumu bildirir.
Malayziya İslam İnkişaf Departamenti (İİD) bildirir ki, belə qərara müsəlman turistlərindən daxil olan şikayətlərdən sonra gəlib.
Departamentin rəhbərinin sözlərinə görə "Hot dog" adı çaşqınlıq yarada bilər.
"İslamda it natəmiz sayılır və bu ad halal lisenziyası ilə əlaqələndirilə bilməz", - Sirajuddin Suhaimee deyib.
Qaydalar barədə yazan yerli mətbuat bildirir ki, halal ərzaq və süni ərzaq əlavələrinin növlərinə donuz , bekon və pivə kimi qeyri-halal mənşəli ərzaq və içki adları verilməməlidir.
Malayziyada çoxluq təşkil edən müsəlman icması mötədil islam tərəfdarıdır, lakin son zamanlar mühafizəkar dini təmayüllər artmaqdadır.
Malayziyanın Turizm və Mədəniyyət naziri Nazri Aziz qərarı tənqid edərək "səfeh" adlandırıb.
"Hətta malay dilində buna hot dog deyilir - artıq neçə illərdir ki, bu mövcud olub. Mən də müsəlmanam və təhqir olunmamışam", nazir deyib.
Qərar sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
"Bu sadəcə addır və onun halalla nə əlaqəsi var? Müsəlmanlar daha çox inqridient və yeməyin hazırlanma qaydaları barədə düşünməlidir", Facebook istifadəçisi Eeman Yusof öz səhifəsində yazıb.
Şəklin mənbəyi, Facebook: Bro, don't like that la, bro
Matt Razal isə belə bir şərhlə bölüşüb: "Bizi səfeh göstərmək üçün həmişə hakimiyyətə arxalana bilərsiz".
"Heyvan mağazaları, lütfən itlərin adını dəyişdirib sosis qoyun", daha bir şərhdə deyilir.
Malayziya fəqrli dini təriqat azadlığını tanıyan mötədil müsəlman ölkəsi olması ilə fəxr edir.
Lakin son illər ərzində daha mühafizəkar islam təmayülləri artmaqdadır.

Malayziya məhkəməsi avstraliyalı F1 stripperlərini azad edib
Malayziya Qran Prisində soyunaraq çimərlik paltarlarını nümayiş etdirdikləri üçün ədəbsizliyə görə həbs edilmiş doqquz avstraliyalı kişi ilk məhkəmə dinləməsindən sonra azad edilib.