Trump seçkinin nəticələrini "qəbul etməyə" bilər

Respublikaçı Donald Trump sonuncu TV debatda bildirib ki, seçkilərdə uduzarsa nəticələri qəbul etməyə bilər.
"Mən sənə vaxtı gələndə deyəcəyəm", o bildirib.
Bundan əvvəl o, seçkiləri "saxta" adlandırmışdı.
Bu Las Vegas müzakirəsi acı ahənglə davam etdirilib, cənab Trump xanım Clintonu "yaman qadın" adlandırıb.
Sorğular göstərir ki, cənab Trump cinsi zorakılıq ittihamları ilə üzləşdikdən sonra əsas həlledici ştatlarda dəstəyini itirir.
Noyabrın 8-də seçki günüdür.
Şəklin mənbəyi, Reuters
Las Vages hava limanında Donald Trump və Hillary Clinton-un təyyarələri yanbayan enib
Bu debatda namizədlər əvvəl və sonra əl sıxmaqla salamlaşmaqdan imtina edib və əsasən qışqıraraq və bir-birinin sözünü kəsərək müzakirə aparıblar.
Cənab Trump deyib ki, o, ABŞ-da aborta hüquqi məna verilməsi qanununu və silahların qorunması hüquqlarını qoruyacaq.
O həmçinin qeyri-leqal miqrantların deportasiyası və ABŞ sərhədlərini möhkəmləndirəcəyini deyib.
Xanım Clinton isə bildirib ki, o, LGBT icmasını dəstəkləyəcək, abort hüquqlarını müdafiə edəcək və orta təbəqənin bərpa edilməsi və qadınlara bərabər əmək haqqı verilməsinə fokuslanacaq.