Sidney sahillərində incəsənət sərgisi - şəkillərdə

Avstraliyanın Sidney şəhərinin sahillərində ənənəvi Sculpture by the Sea sərgisində nəhəng şəpşəp və kərgədan başı ilə yanaşı müxtəlif incəsənət işləri nümayiş olunur.

Sculpture By The Sea.
Şəklin alt yazısı,

Bondi və Tamarama çimərlikləri arasındakı ərazidə sərgilənən heykəl və instalyasiyaları görmək üçün yarım milyondan çox insanın gələcəyi gözlənilir.

Şəklin alt yazısı,

20 ildir ki, keçirilən incəsənət tədbirində 17 ölkəni təmsil edən 100-dən artıq rəssam və heykəltəraşların işləri sərgilənir.

Şəklin alt yazısı,

Açıq havada keçirlən sərginin iştirakçıları mövzu seçimində sərbəstdirlər.

Şəklin alt yazısı,

Tamarama çimərliyində hündürlüyü 7 metr olan kərgədan başı qoyulub.

Şəklin alt yazısı,

İncəsənt işləri arasında bu nəhəng şəpşəp nəzərə çarpır.

Şəklin alt yazısı,

Bambuq qarğısı və metal şarının hazırlanması bir həftədən artıq vaxt aparıb.

Şəklin alt yazısı,

Bir günlük sərgi kimi nəzərdə tutulan Sculpture by the Sea tədbiri ilk dəfə 25000 tamaşaçını cəlb etmişdi.

Şəklin alt yazısı,

1997-ci ildə keçirilən ilk sərginin iştirakçıları yenidən tədbirə qatılmağa dəvət olunub.

Şəklin alt yazısı,

Sculpture by the Sea sərgisi noyabr ayının 6-da başa çatır.