Filippində super qasırğa davam edir

Şəklin mənbəyi, EPA
Qasırğanın keçdiyi ərazilərdə 10 milyona yaxın insan yaşayır
Filippində Haima adlı super qasırğa ən azı 4 nəfərin ölümünə səbəb olub.
Saatda 225km sürətilə əsən külək ölkənin şimalında torpaq sürüşməsi yaradıb.
100 min insan qasırğanın təhlükə törətdiyi ərazilərdən təxliyə olunub.
Çərşənbə günündən bəri bir çox evlər dağılıb və elektrik xətləri sıradan çıxıb.
Mütəxəssislərə görə Haima qasırğası 2013-cü ildə 7350 nəfərin həyatına son qoymuş Haiyan qasırğasından daha qorxuludur.
Hər il Filippində iyirmiyə yaxın güclü qasırğa baş verir, onların çoxu ölümcül olur.
Şəklin mənbəyi, AP
Güclü küləklər işıq xətlərini sıradan çıxarıb və damları dağıdıb
Şəklin mənbəyi, Reuters
Evlərindən didərgin düşmüş əhali düşərgələrdə yaşayır
Şəklin mənbəyi, Getty Images
Bəzi evlərin dəmir damları dağılıb.
Şəklin mənbəyi, EPA
Bir neçə gün öncə minlərlə insan Sarika qasırğasından əziyyət çəkib
Güclü küləklər ötən gün Bakı vaxtilə axşam 8-də güclü qasırğada çevrilib.
Hazırda Haima Cənub Çin dənizi vasitəsilə Honq Konq və Çinin cənubuna doğru hərəkət edir.