"İslam Dövləti" Kərkükdə əks-hücum həyata keçirib

Kərkük Fotonun müəllifi Reuters

Özünü İslam Dövləti (İD) adlandıran qruplaşma tərəfindən İraqın şimalındakı Kərkük şəhəri yaxınlığında həyata keçirilən əks-həmlə nəticəsində ən azı 19 nəfər həlak olub.

İD silahlıları hakimiyyət binaları ilə yanaşı inşası başa çatmamış elektrik stansiyasına da hücum çəkiblər.

Rəsmilərə əsasən qarşıdurma nəticəsində 13 stansiya əməkdaşı və 6 polis öldürülüb.

Özünü İslam Dövləti adlandıran qrup (İD) hücumlara görə məsuliyyəti üzərinə götürüb və söyləyib ki, onun döyüşçüləri şəhər meriyasına daxil olub və bir oteli zəbt edib.

Hadisə İraq hökümətinin Mosulu geri qaytarmaq üçün əməliyyata başlamasından sonra baş verir.

Məlumatlara görə, İD Mosulda geri çəkilərkən kimyəvi zavoda od vurub.

Kərkükdə "növbəti əmrə qədər" komendant saatı tətbiq edilir, İraq mediası yazır.

Yerli televiziya kanalı şəhərin üzərindən qalxan qara tüstünün kadrlarını yayıb.

Kərkük Bağdaddan 290 km və Mosuldan 170 km aralıqda yerləşir. Burada həm kürdlər, həm də hökümət idarəçiliyi mövcuddur.

Neftlə zəngin Kərkükə olan hücumlar hələlik neft hasilatı müəssisələrinə təsir etməyib.

Bu barədə daha geniş