Pakistan şizofrenik kişini "edam edə bilər"

Səfiyə Bano

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı,

Səfiyə Bano ərinə rəhm edilməsinə səsləyir

Pakistanın Ali Məhkəməsi bildirib ki, şizofreniya ruhi xəstəlik deyil. Bu, qətldə məhkum edilmiş şizofrenik kişinin edamına yol aça bilər.

İmdad Əli 2002-ci ildə ruhanini qətlə yetirməkdən sonra xəstə tanınıb.

Cənab Əlinin xanımı Səfiyə Bano ərinin ruhi xəstə olduğunu bildirərək ərinə qarşı ittihamdan şikayət edib.

Lakin məhkəmə cümə günü şikayəti rədd edib və bildirib ki, "şizofreniya ruhi xəstəlik deyil".

Cənab Əlinin vəkili bildirir ki, o cinayət və ya cəzanı anlamır və həkimlər onun səslər eşitdiyini və təqib kompleksindən əziyyət çəkdiyini deyirlər.

Pakistan 2015-ci ildə ölüm hökmünə qoyulmuş yeddi illik fasiləni aradan qaldırıb.

Cənab Əli gələn həftə, məhkəmə qərarından sonra asıla bilər.