Papanın yay iqamətgahı turistlərin üzünə açılır – şəkillərdə

Vatikan başçılarının İtaliya paytaxtı yaxınlığındakı Castel Gandolfo yay iqamətgahı ictimaiyyət üçün açıq elan edilib.

Papanın yataq otağı
Şəklin alt yazısı,

Castel Gandolfo villasına gələn turistlərə ilk dəfə olaraq o cümlədən Roma Papasının yataq otağını görmək də nəsib olacaq. Əsrlər boyu otağın 15 sahibi olub. XII Popes Pius və VI Paul burada vəfat edib. İkinci dünya müharibəsi vaxtı isə qaçqınlara ayrılmış bu otaqda 40 uşaq dünyaya gəlib. Kilsə rəsmilərini daha təvəzökar həyat tərzinə səsləyən Vatikanın hazırkı rəhbəri iqamətgahı ictimaiyyət üçün açıq elan etmək qərarına gəlib.

Şəklin alt yazısı,

Mərmər döşəmələrilə seçilən bina Vatikan tərəfindən 1596-cı ildə alınıb. Vaxtilə villa Roma Papalarının yay iqamətgahı kimi istifadə olunub.

Şəklin alt yazısı,

Castel Gandolfo villasında Papanın şəxsi kabineti. Sonuncu dəfə villa 2013-cü ildə istefaya çıxan XVI Benedict tərəfindən istifadə olunub.

Şəklin alt yazısı,

Roma Papası Francis bahalı villa və Vatikandakı dəbdəbəli mənzildən imtina edərək sadə oteldə yaşayır.

Şəklin alt yazısı,

Vaxtilə turistlər Castel Gandolfoya Papanın xeyr-duasını almaq üçün də gələrdilər.

Şəklin alt yazısı,

VII Alexander galereyası villada incəsənət əsərlərinin sərgiləndiyi 6 zaldan biridir.

Şəklin alt yazısı,

Villanın yerləşdiyi yüksəklikdən Albano gölünə açılan mənzərə

Şəklin alt yazısı,

Castel Gandolfo iqamətgahı Ropa Papasının qərarı ilə ictimaiyyət üçün açıq elan olunub.