İraq: Mosulda Türkiyənin yardımına ehtiyacımız yoxdu

Şəklin mənbəyi, AP
Heydər əl-Abadi Mosulda Türkiyənin yardımına ehtiyac olmadığını deyir
İraqın baş naziri Mosul şəhərini İslam Dövləti adlandırılan qruplaşmanın əlindən almaq uğrunda aparılan əməliyyatda Türkiyənin köməyinə ehtiyac olmadığını deyib.
Gözlənilmədən İraqa baş çəkən ABŞ müdafiə naziri Ash Carter-lə görüşən Heydər əl-Abadi deyib ki, İraq kənardan yardım olmadan Mosul əməliyyatının öhdəsindən gəlməyə qadirdir.
"Türklərin qatılmaq istədiyini bilirəm. Onlara minnətdaram. Amma, bu İraqlıların öhdəsindən gələ biləcək bir işdir. Əgər lazım gələrsə, Türkiyə və digər bölgə ölkələrindən kömək istəyərik".
Həmçinin oxu:Türkiyə İraq torpağında nə edir?
İraqın şimalında yerləşən yüzlərlə türk hərbçisi yerli sünni müsəlmanlara təlim keçirirlər. Bu İraqla Türkiyə arasında əlaqələrin gərginləşməsinə səbəb olub.
Ankara ehtiyat edir ki, Mosulun azad olunması ona rəqib şiə və PKK ilə əlaqəli kürd qüvvələrinin mövqelərini möhkəmləndirə bilər.
Mosul döyüşü: Türkiyə ilə İraq arasında qovğa planları poza bilər
Türkiyə prezidenti Recep Tayyip Erdoğan və İraqın baş naziri Heydər əl-Abadi İraqdakı Türkiyə qoşunları ilə bağlı söz savaşına çıxıblar.