İraq: Kürd silahlıları İD-ə yeni hücumlar edib

Mosul Fotonun müəllifi AFP
Image caption Mosulu geri qaytarmaq üçün ötən həftədən bəri birgə hərbi əməliyyatlar aparılır

Kürd qüvvələri Başiqa əyalətini geri qaytarmaq üçün Mosulun şimal-şərqində özünü İslam Dövləti (İD) adlandıran qrupun mövqelərinə yeni hücum həyata keçirib.

Peşmərgə komandirləri bildirirlər ki, onlar İD-in nəzarəti altında olan torpaqlarda müvəffəqiyyət qazana bilib.

İD bazar günü İraq hökumətinin diqqətini Mosulda hərbi əməliyyatlardan yayındırmaq cəhdilə qərbi Ənbər əyalətinə hücumlara başlayıb.

Rutbə şəhərinin meri əyalətə üç istiqamətdən edilən hücumu "şiddətli" kimi təsvir edib.

Bu arada isə kürd Peşmərgə qüvvələri İD-in Mosulun şimal-şərqində nəzarət altında saxladığı ərazilərə hücumlar edib.

Mosulu geri qaytarmaq üçün ötən həftədən bəri birgə hərbi əməliyyatlar aparılır - Peşmərgə şəhərə şimaldan, hökümət qüvvələri isə cənubdan yaxınlaşır.

Rutbənın meri İmad Meshaal baş nazir Heydər əl-Abadiyə müraciət edərək "vəziyyəti nəzarətdə saxlamaq" üçün hərbi qüvvələr göndərilməsini istəyib.

İD 2014-cü ilin iyununda Rutbanı zəbt etmişdi, amma 4 ay sonra hökümət qüvvələri şəhəri geri qaytara bilib.

Bu barədə daha geniş