Somali piratlarının girovluğunda olmuş dənizçilər "siçan yeyiblər"

Şəklin mənbəyi, EPA
Arnel Balbero (sağda) da daxil olmaqla dənizçilər azadlığa buraxıldıqdan sonra Kenyaya gediblər
Təxminən beş il Somali piratlarının girovluğunda qaldıqdan sonra azad edilmiş bir qrup dənizçi sağ qalmaq üçün siçan əti yeyib, xilas olanlardan biri BBC-ə bildirib.
Filippinli dənizçi Arnel Balberi deyib ki, onlara az miqdar su verilib və özlərini "gəzən ölülər" kimi hiss edirlər.
26 dənizçi 2012-ci ildə gəmilərilə birgə ələ keçirildikdən sonra tədricən Somaliyə aparılıblar.
Onlar pul qarşılığında şənbə günü azadlığa buraxılıblar.
Dənizçilər Çin, Filippin, Kamboca, İndoneziya, Vyetnam və Tayvandandırlar.
Piratsız Okean (OBP) qeyri hökumət təşkilatının bildirdiyinə görə, 2012-ci ildə gəmi ələ keçirilərkən dənizçilərdən biri qətlə yetirilib.
Şəklin mənbəyi, AP
Dənizçilərin sayı 29 olsa da, gəminin ələ keçirildiyi vaxt bir nəfər ölüb, digər iki nəfər isə daha sonra xəstəlikdən həlak olub
Bir il sonra gəmi batıb və heyət Somaliyə gətirilib. Daha sonra iki dənizçi xəstəlikdən həlak olub.
Cənab Balbero BBC-ə bildirib ki, son dörd il yarımdan sonra onlar özlərini "gəzən ölülər" kimi hiss edirlər.
Piratların onlarla necə rəftar etdiyi sualına o: "Onlar bizə az miqdar su verirdilər... Biz siçan yemişik. Bəli, biz onu meşədə bişirirdik".
"Biz hər şeyi yeyirdik, hər şeyi. Ac olanda yeyirsən".