Kərkük məscidinə hava hücumü nəticəsində 13 qadın və uşaq ölüb

Şəklin mənbəyi, Reuters
İD cümə günü Kərkükdə 19 nəfərin həlak olmasına səbəb olmuş başqa hücumlar həyata keçirib.
New York-da mənzillənən insan haqları təşkilatı Human Rights Watch bildirib ki, cümə günü İraqın Kərkük şəhəri yaxınlığında bir məscidə edilən hava hücumu zamanı azı 13 qadın və uşaq ölüb.
Əlində hücumla bağlı dəlillər olduğunu deyən təşkilat İraq Hava Qüvvələrindən bu hücumu araşdırmağı istəyib.
Özünü İslam Dövləti adlandıran qrupa qarşı ABŞ-ın liderlik etdiyi koalisiya bu hücumu etmədiyini bəyan edib.
HRW güman edir ki, hücumu İD törədə bilər.
İD həmin məsciddən 15 kilometr uzaqlıqdakı bölgəyə nəzarət edir.
İD cümə günü Kərkükdə 19 nəfərin həlak olmasına səbəb olmuş başqa hücumlar həyata keçirib.

"İslam Dövləti" Kərkükdə əks-hücum həyata keçirib
İraq mediası yazır ki, bombalı intiharçılar polis şöbələrinə və bir elektrik stansiyasına hücum edib, lakin təhlükəsizlik qüvvələri onları dəf edib.