BMT: Mosul ətrafında "vəhşiliklər barədə xəbərlər daxil olur"

Şəklin mənbəyi, Reuters
Növbəti həftələr ərzində Mosulu 200 minədək adam tıərk edə bilər, BMT bildirir.
BMT-nin insan hüquqları üzrə əməkdaşları bildirirlər ki, özünü İslam Dövləti adlandıran (İD) qruplaşmanın Mosul şəhəri yaxınlığında vəhşiliklər törətdiyi barədə məlumatlar alıb.
Belə hallardan birində bir kənddən o biri kəndə getməyə məcbur edilən üç qadınla üç uşağın güllələndiyi xəbər verilir.
Daha bir xəbərə əsasən İD, qətlə yetirilmiş 15 mülkini çaya atıb. İddia edilir ki, bu, əhalini qorxuya salmaq vasitəsi olub.
Ötən həftənin əvvəlində İraq ordusu, şiə, sünni və kürd döyüşçülərilə birlikdə Mosul şəhərini nəzarət altına almaq üçün əməliyyata başlayıb. Onun həftələr ərzində davam edəcəyi gözlənilir.
Əməliyyatın müddəti şəhərdə olan 3-5 minə yaxın İD döyüşçüsünün müqavimətindən asılıdır. Mosul şəhərinin 1.5 milyonadək sakini var.
İnsan Hüquqları üzrə BMT-nin Ali Komissarı Rupert Colville şəhərdə talançılığın davam etdiyi barədə məlumatlar aldığını bildirib.
"Aldığımız məlumatların hamısını yerindəcə təsdiqləməyin çətin olduğu üçün xəbər verilən hallara təsdiqlənmiş yox, ilkin məlumat kimi yanaşmaq lazımdır".
Şəklin mənbəyi, AFP
Mosul əməliyyatı həftələr ərzində davam edib.
Şəklin mənbəyi, AFP
Hökumət qüvvələri Mosul ətrafında bır sıra kəndi nəzarət altına alıb.