İD-dən qaçmış qadınlar Saxarov mükafatı qazanıb

Nadia Murad Basee

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı,

İD Nadia Murad Basee və Lamiya Aji Bashar-i 2014-cü ildə qaçırıb

Özünü İslam Dövləti (İD) adlandıran qrupdan qaçmış iki yəzidi qadın Avropanın ən məşhur insan haqları mükafatının qalibləri olub.

Nadia Murad Basee və Lamiya Aji Bashar 2014-cü ildə İD-in qaçırdığı və cinsi qul kimi istifadə etdiyi qadınlardan olub.

İD-dən qaçmağı bacarmış bu qadınlar hazırda yəzidi icmasının haqlarını qoruyur.

Sovet alimi və dissidenti Andrey Saxarovun xatirəsinə həsr olunan bu mükafat 1988-ci ildən bəri hər il fikir azadlığına görə verilir.

Mükafatın bu il üçün final nominantları həmçinin Krım tatarları lideri Mustafa Cemilov və Türkiyənin Cumhuriyet qəzetinin redaktoru Can Dündar olub.