Yəmən: həbsxanaya ölümcül hücum edilib

Şəklin mənbəyi, Reuters
Həbsxanaya 3 hava hücumu edilib
Səudiyyənin liderliyi ilə koalisiyanın Yəməndə həbsxana kompleksinə hava hücumları nəticəsində onlarla insan ölüb.
Təhlükəsizlik qüvvələri və səhiyyə rəsmiləri deyirlər ki, hücumlar Hudaydah limanında yerləşən əl-Zaydiyə təhlükəsizlik mənzil-qərargahında həbsxana kimi işlədilən binaya olub.
Bu şəhər hazırda huti qiyamçılarının nəzarəti altındadır. Hutilər 2014-ci ildən bəri hökümətlə müharibə aparır.
Rəsmilər hazırki hücum zamanı 60 nəfərin öldüyünü, onlarla sakinin yaralandığını deyir.
Şənbə günü edilmiş hücum zamanı həbsxanada 84 nəfər məhbus olub.
Şəklin mənbəyi, Reuters
Hücum zamanı həbsxanada 84 nəfər məhbus olub
Şəklin mənbəyi, Reuters
Hücumdan sonra həbsxananın belə fotoları paylaşılıb
Yəmənin mühacirətdə olan prezidenti Mənsur Hadini dəstəkləyən koalisiya bundan əvvəl də sadə vətəndaşlara hücumlara görə tənqid edilib.
Bu ayın əvvəlində Yəmənin paytaxtı Sana şəhərində yas mərasiminin keçirildiyi əraziyə hücum nəticəsində azı 140 nəfər ölüb.
Koalisiya həmin hücum hədəfinin onlara "səhvən" verildiyini deyib.
Yəmən: cümə axşamı 72 saatlıq atəşkəs elan ediləcək
Cümə axşamı günü Yəməndə 72 saatlıq atəşkəs qüvvəyə minəcək, BMT-nin xüsusi nümayəndəsi bildirib.