Danimarka: üç suriyalı qaçqının cəsədi dondurucuda aşkarlanıb

Aabernaa-da evlər

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı,

Hadisə bazar günü Aabenraa şəhərində mənzillərin birində Danimarka polisi tərəfindən aşkarlanıb

Suriyalı qaçqın və onun iki qızının cəsədləri Danimarkada mənzillərin birindəki dondurucuda aşkarlanıb, polis bildirir.

Onların bildirdiyinə görə, 27 yaşlı qadın və yeddi və doqquz yaşlarında olan iki qız qətlə yetiriliblər. Lakin bundan əlavə məlumat verilməyib.

Onlarla bir neçə gün əlaqə saxlaya bilməyən qohum polisə müraciət edəndən sonra hadisə bazar günü Aabenraa şəhərində, mənzillərin birində Danimarka polisi tərəfindən aşkarlanıb.

Hadisənin bazar günü Aabenraa şəhərində baş verdiyi deyilir. Qətlə yetirilmiş şəxslərin qohumları onlar barədə xəbər olmadığından polisə məlumat veriblər.

Polis qadının ərinin şübhəli olduğunu bildirərək onu axtarır.

Danimarka mətbuatı bildirir ki, hər iki qızın atası olan əri ailəsilə birgə yaşamayıb.

Ailə keçən il Danimarkaya gələrək qaçqın statusu alıb.