ABŞ prezident seçkiləri: Clinton Trump-ı qadınlara sataşmaqda günahlandırır

Clinton Trump-ı qadınlara sataşmaqda günahlandırır Fotonun müəllifi Getty Images
Image caption Clinton Trump-ı qadınlara sataşmaqda günahlandırır

Demokratların namizədi, Hillary Clinton rəqibi Donald Trump-a hücumu yenidən aktivləşdirib və qadınların xarici görünüşünə görə tənqid etdiyi üçün onu "dələduz" adlandırıb.

Xanım Clinton deyib ki, cənab Trump-ın qadınları "təhqir etmək, ləyaqətini alçaltmaq, zorlamaq və alçaldıcı hərəkətlər etməsinin" 30 illik tarixi var.

Bu arada, cənab Trump xanım Clinton-a "rüşvətxor" damğası vuraraq deyib ki, o "Amerika səhiyyə sistemini həmişəlik" dağıdacaq.

O bir qədər əvvəl Clinton seçiçilərinə səslənərək deyib ki, onlar "tövbə edərək" 4 ştatda səslərini dəyişə bilər.

Ohio ştatında keçirilən mitinqdə xanım Clinton-nun son şərhini davam etdirərək prezident Obama deyib ki, Respublikaçı namizəd "bütün ömrünü qadınları donuz, it və tənbəl adlandırmaqla keçirib".

Fotonun müəllifi Getty Images
Image caption Prezident Obama Ohio ştatında kampaniyaya qatılıb

Cənab Trump-ın qadınlarla davranışı onun arxiv kadrlarından sözünü misal gətirən yeni televiziya elanındakı ilə üst-üstə düşür. Orda cənab Trump deyir: "Qadınları işə qoymaq çox təhlükəli şeydir."

Respublikaçı namizəd ötən ay, 2005-ci ildə qadınlar haqqında dediyi ədəbsiz sözlərdən ibarət videonun ortaya çıxmasından sonra cinsi təcavüz iddiaları ilə üzləşib.

O hər hansı pozuntu etdiyini inkar edir və seçkilərdən sonra bununla əlaqəli olan hər kəsi məhkəməyə verəcəyini deyib.

Donald Trump öz hücumunu əsasən, Obama qayğı adlandırılan, aşağı gəlirli insanlar arasında o qədər məşhur olmayan Mümkün Qayğı Aktına (Affordable Care Act) kökləyib.

Wisconsin ştatında təbliğat yoldaşı Mike Pence və mer Scott Walker ilə birlikdə səhnəyə çıxan cənab Trump aktı "fəlakət" adlandırıb və deyib ki, prezident seçiləcəyi halda onun dərhal dəyişməsi və ya əvəzlənməsi ilə bağlı Konqresin xüsusi iclasını çağıracaq.

O həm də "səhv edərək" xanım Clinton-a səs verən seçicilərə səslənib və cümə axşamına qədər onu dəyişməyə çağırıb.

Hər iki tərəf çıxışında yenə də FBI-ın çərşənbə axşamı, xanım Clinton-un elektron məktubları ilə bağlı yenidən araşdırma başlatması ilə bağlı məsələyə köklənib.

Bu barədə daha geniş