MH370 qəzadan öncə "qəfil eniş edib"

Avstraliyalı mütəxəssislər Tanzaniya sahilində tapılan təyyarə hissəsini tədqiq edib

Şəklin mənbəyi, ATSB

Şəklin alt yazısı,

Avstraliyalı mütəxəssislər Tanzaniya sahilində tapılan təyyarə hissəsini tədqiq ediblər

MH370 təyyarəsi Hind okeanına qəfil və nəzarətsiz eniş edib, yeni məlumatlarda deyilir.

Göyərtəsində 239 sərnişin daşıyan Boeing 777 2014-cü ilin martında Pekindən Kuala Lumpura uçarkən yoxa çıxıb.

İntensiv axtarışlara baxmayaraq təyyarənin heç bir qalığı tapılmayıb. Lakin sonradan Avstraliya Nəqliyyat Təhlükəsizlik Bürosu təyyarənin tapılmış iki qatlama qanadlarının qalıqlarını təhlil edərək bildirib ki, təyyarə okeana enərkən enmə vəziyyəti almayıb.

Peyk məlumatları "yüksək və artan eniş sürətini" qeydə alıb, hesabatda deyilir.

"Kiminsə nəzarətdə olub-olmadığı barədə özünüz nəticə çıxara bilərsiniz", ATSB-nin araşdırma direktoru Peter Foley bildirib.

Bu ərəfədə Kanberra şəhərində beynəlxalq aviasiya və kommunikasiya ekspertləri komandası təyyarə axtarışlarının növbəti mərhələsi üçün müzakirələrə toplaşıblar.

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı,

Bu təyyarə qanadı 2015-ci il iyulunda Reunion adasında tapılıb

İndiyədək tapılmış 20 qalığın yeddisinin həmin təyyarəyə aid olduğu güman edilir.

Yeni hesabatda deyilir ki, MH370-in unikal nömrəsini daşıyan qanad parçası "güman ki qanaddan ayrılarkən geri çəkilmiş vəziyyətdə" olub. Bu o deməkdir ki, qanad enməyə hazırlanmayıb.

Çin, Avstraliya və Malayziya sularda 120 min kvadrat kilometr ərazini araşdırıb. Yeni bir tapıntı olmasa, axtarışlar gələn ilin əvvəli yekunlaşacaq.