Mosul döyüşü: "İD lideri Bağdadi" geri çəkilməyəcəklərini deyib

Bağdadi 2014-cü ildə İraqın Mosul şəhərində "xilafərin" yarandığını elan edib Fotonun müəllifi 'IS' video
Image caption Bağdadi 2014-cü ildə İraqın Mosul şəhərində "xilafətin" yarandığını elan edib

Özünün İslam Dövləti adlandıran qruplaşma liderləri Əbu Bəkr əl-Bağdadiyə məsxus olduğunu iddia etdikləri səs yazısını paylaşıblar.

Əgər audioyazı həqiqidirsə, bu, onun son bir il ərzində ilk ictimai mesajıdır və ölümünə dair şayiələri də aradan qaldırır.

Audiodakı səs iraqlıları Mosul şəhərini İraq ordusundan müdafiə etməyə çağırır.

Bağdadinin harada olması məlum deyil. Bəzi rəsmilərin bildirdiyinə görə o, digər İD döyüşçüləri kimi Mosulda ola bilər.

Audiodakı səsin Bağdadiyə məxsus olması müstəqil təsdiqini tapmayıb. Son bir il ərzində onun ölümünə dair davamlı şayiələr yayılıb. Keçən il İraq hərbiyyəsi ona məxsus konvoyu vurduğunu bildirmişdi.

Bağdadi iki il bundan əvvəl məhz Mosul şəhərində "xilafəti" elan edib.

İraq xüsusi qüvvələri son hücumlarını kürd peşmərgə qüvvələri, şiə silahlıları və sünni ərəb tayfalarının köməyi ilə həyata keçirib.

Çərşənbə günü onların ələ keçirdikləri Mosulun Kukcalı rayonundan İD döyüşçülərini təmizlədiklərini bildirilib.

Fotonun müəllifi AP
Image caption İraq əsgərlərinin Kukcalıda evlərini axtardığı sakinlər ağ bayraq qaldırıblar

Bu barədə daha geniş