Qiyamçılar İD "paytaxtını" geri qaytarmağa başlayıb

SDQ komandirləri Fotonun müəllifi Alamy
Image caption SDQ komandirləri Ayn İsa qəsəbəsində press konfransda əməliyyat barədə məlumat veriblər

Suriyada ABŞ-ın dəstəklədiyi kürd və ərəb qüvvələri özünü İslam Dövləti adlandıran qrupun "paytaxtını"- Raqqanı geri qaytarmaq əməliyyatına başladıqlarını elan ediblər.

Bu barədə Suriya Demokratik Qüvvələrinin (SDQ) komandirləri Ayn İsa qəsəbəsində press konfransda bildiriblər ki, əməliyyat şənbə günü gecə başlanıb.

SDQ bildirib ki, ABŞ-ın havadan dəstəyi ilə hücumlar saatlar sonra başlayacaq.

ABŞ əməliyyatla bağlı hələlik heç bir açıqlama verməyib.

Fotonun müəllifi AFP
Image caption SDQ əhaliyə İD qiyamçılarının olduqları ərazilərdən yayınmaq barədə xəbərdarlıq edib.

Onlar dinc əhaliyə İD qiyamçılarının olduqları ərazilərdən yayınmaq barədə xəbərdarlıq edib.

ABŞ, bundan əvvəl bu şəhəri geri qaytarmaq üçün əməliyyatlara başlanılacağını bildirmişdi.

Bu barədə daha geniş