"İslam Dövləti" Mosuldan çıxanda 19 neft quyusunu yandırıb

Qoyunlar

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı,

Oktyabr ayının sonunda İraqın şimalında yerləşən Kayara şəhərindən qaçan İD döyüşçüləri qaçarkən neft quyuların da yandırıblar və bunun nəticəsində qoyunların tükləri qaralıb.

Özünü İslam Dövləti (İD)adlandıran və İraqın Mosul şəhərinin cənub ətraflarından geri cəkilən qrupun döyüşçüləri 19 neft quyusunu yandırıblar.

BBC müxbirinin hadisə yerindən verdiyi məlumata görə, yerli sakinlərin çoxu nəfəs almaqda çətinlik çəkirlər, xeyli sayda ev heyvanları məhv olub.

Mosul ətrafındakı daha 6 neft quyusuna nəzarəti davam etdirən İD döyüşçülərinin bu quyuları da yandırmaq təhlükəsi var. Mosul ərazisində İraq hökumət ordusunun hücümları davam edir və şəhərdə şiddətli döyşlər getdiyinə görə gün ərzində minlərlə sakin şəhəri tərk edir.

Oktyabr ayının sonunda İraqın şimalında yerləşən Kayara şəhərindən qaçan İD döyüşçüləri qaçarkən neft quyuların da yandırıblar və bunun nəticəsində qoyunların tükləri qaralıb.

Şənbə günü İraqın baş naziri Heydər Abadi İD döyüşçülərini, "həyatlarını qorumaq istəyirlərsə" silahı yer qoymağa çağırıb. Cəbhə zonasına səfər edən Abadi həmçinin yerli sakinlərə şəhərin İD döyqüşçülərindən tezliklə azad ediləcəyini də vəd edib.

Mosulun İD döyüşçülərindən azad edilməsi istiqamətində əməliyyatlar artiq bir həftədir ki, davam edir. Bu əməliyyatlarıa Qərb ölkələri koalisiyasının dəstəyilə İraq ordusu həyata keçirir.

Həmçinin oxu: