Şahzadə Charles "ən qədim" Quranı nümayiş etdirəcək

  • Sean Coughlan
  • Təhsil müxbiri
Şahzadə Charles

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Uels şahzadəsi və Cornwall hersoginyası BƏƏ-də məscidi ziyarət ediblər

Şahzadə Charles Birləşmiş Ərəb Əmirliklərinə ziyarət zamanı ən qədim Quran əlyazmasının rəqəmli surətini təqdim edəcək.

Əlyazmanın surəti Böyük Britaniya və bu Körfəz ölkəsi arasında mədəni əlaqələr ilinin əsas məqamı olacaq.

Dünyanın ən qədim Quran əlyazmalarından birinin səhifələri Böyük Britaniyanın Birmingham Universitetində saxlanılır.

Azı 1370 yaşında olan əlyazma ötən il aşkarlanıb.

Əlyazmanı Universitetə 1920-ci ildə İraqda doğulmuş Alphonse Mingana təqdim edib.

Şəklin alt yazısı,

Birmingham-dəki bu əlyazma ən qədim hesab olunur

Simvolik "gerivermə"

Oxford Universitetinin apardığı sınaqlar nəticəsində bəlli olub ki, bu, İslam dininin müqəddəs kitabı, Quranın günümüzə gəlib çatmış ilkin və ya ən qədim əlyazmalarından biridir.

Həmçinin əlyazmanın Avropaya Napoleonun vitse-konsulu tərəfindən gətirilmiş və indi Parisdə saxlanılan digər sənədlərlə əlaqəsi olduğu bəlli olub.

BƏƏ-də təqdim ediləcək rəqəmsal əlyazma simvolik "gerivermə" xarakteri daşıyır.