ABŞ-da səsvermənin nəticələri Asiya fondlarına təsir edib

Şəklin mənbəyi, Getty Images
ABŞ-da səsvermənin nəticələri Asiya fondlarına təsir edib
Meksikanın maliyyə naziri Jose Antonio Meade və Mərkəzi Bankın rəhbəri Agustin Carstens çərşənbə günü yerli vaxtla saat 07:00-də [13:00 GMT] mətbuat konfransı keçirib.
Onlar çox güman ki, pesonun düşməsinin əhəmiyyətini və ola bilsin ki, Donald Trump-un seçki kampaniyası dövründə haqqında danışdığı sərhəd boyunca tikmək istədiyi "Divar"-ı müzakirə edəcək.
ABŞ-da prezident seçkilərində Donlad Trump-un irəlidə olması ilə bağlı səsvermənin erkən nəticələrindən sonra Asiya fondlarının ehtiyatları düşüb.
Regionda bütün iri bazarlar pulların təhlükəsiz valyuta ehtiyatlarına axması ilə aşağı düşüb, o cümlədən, qızıl və valyutalarda da eyni hal müşahidə olunur.
Bu arada Meksika pesosu dollara nisbətdə rekord səviyyədə ucuzlaşıb.
Treyderlər Hillary Clinton-un rahat qələbəsini gözlədiyi üçün, hətta gərgin mübarizə belə dəyişkənlik yaratmaq üçün kifayətdir.
Amerikalılar ABŞ-ın 45-ci prezidentini seçmək üçün çərşənbə axşamı seçki məntəqələrinə üz tutub.
Son nəticələrə görə, Respublikaçılar partiyasından namizəd Donald Trump Demokratlardan olan rəqibi, Hillary Clinton-u geridə qoyaraq səsvermədə liderlik əldə edib.