Trump seçiləndən sonra Kanadanın immiqrasiya saytı çöküb

Canadian website

Kanadanın immiqrasiya saytında yaranmış fəsadları Donald Trump-ın seçki qələbəsi ilə əlaqələndirilər.

Saytdakı problemlərin Donald Trump-ın qələbəsinə görə ABŞ vətəndaşlarının artan müraciətləri səbəbindən yarandığı barədə fərziyələr var.

Kanada Vətəndaşlıq və İmmiqrasiya nazirliyinin rəsmilərindən şərh almaq mümkün olmayıb.

Bir çoxları saytın çökməsinin səbəbini artıq Kanadaya köçmək istəyən amerikalıların sayının artması ilə izah etsələr də, bəzi ekspertlər digər səbəblərin ola biləcəyini də istisna etmir.

"Bu sadəcə fövqəladə bir təsadüf də ola bilər", Surrey universitetindən professor Alan Woodward deyib.

Buna baxmayaraq, məsələ sosial mediada çoxlu şərhlərə səbəb ola bilər.

Şəklin alt yazısı,

"Zarafat etmirəm. Amerikanın İmmiqrasiya saytı indicə çökdü", Peter Shankman tvitləyib.

Şəklin alt yazısı,

"Kanada immiqrasiya xidmətini bağlayıb. Həddindən çox müraciət var"., Martine Drouet tvitləyib.

Şəklin alt yazısı,

"Qaç, Forrest, qaç!", John K məhşur filmdən sitat gətirib.

Şəklin alt yazısı,

"Kanadalılar offlayn oldu. Meksika həmişə öz yerindədir", Keith Daniel, Kylie adlı kanadalı olduğu görünən və "sadəcə dəliləri kənarda tutmaq üçün offlayn olmuşuq" deyə tvitləyənə cavab yazıb.