Obama hakimiyyəti varisi Donald Trump-a "ötürməyə hazırdır"

Cənab Obama bir müdət əvvəl cənab Trump-ın ofisə "uyğun olmadığını" desə də indi bütün Amerikanı seçkinin nəticələrini tanımağa səsləyir

Şəklin mənbəyi, other

Şəklin alt yazısı,

Cənab Obama bir müdət əvvəl cənab Trump-ın ofisə "uyğun olmadığını" desə də indi bütün Amerikanı seçkinin nəticələrini tanımağa səsləyir

ABŞ prezidenti Barack Obama hakimiyyəti varisi Donald Trump-a ötürməyə hazırdır.

Cənab Trump xanım Clinton üzərində sürpriz qələbəsindən sonra ABŞ-ın sayca 45-ci prezidenti olacaq.

Cənab Obama bir müdət əvvəl cənab Trump-ın ofisə "uyğun olmadığını" desə də indi bütün Amerikanı seçkinin nəticələrini tanımağa səsləyib.

Cənab Obamanın birliyə və xanım Clinton-un tərəfdarlarına cənab Trump-a "liderlik üçün şans verilməlidir" deməsinə baxmayaraq onun qələbəsi bir çox ştatlarda etirazların yaranmasına səbəb olub.

Çərşənbə günü axşamı, New York-da yüzlərlə Trump qarşı olan etirazçılar üzərində "Mənim prezidentim deyilsən!" yazılan şüarları ilə Trump Tower-ə tərəf irəliləyib.

Şəklin mənbəyi, AFP/Getty

Şəklin alt yazısı,

Trump-a qarşı olan yüzlərlə etirazçı nümayiş keçirib

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı,

Etiraz nümayişi San Fransisko da daxil olmaqla bir neçə ştatda keçirilib

Polislər cənab Trump-ın hakimiyyətə keçidi zamanı baş qərargahı olacağı düşünülən hündürmərtəbəli binanın qarşısına beton maneələr düzüb və digər təhlükəzilik tədbirləri görüblər.

Yayılan məlumatlara görə, çərşənbə günü axşam saatlarında bir çox etirazçılar Chicago-da yerləşən Trump Tower-ə girişi bağlayıb və "Trump yox, KKK yox, Faşist ABŞ-a yox" və "Mənim prezidentim deyil!" şüarları səsləndiriblər.

Məlumatda bildirilir ki, Oakland, Kaliforniya, Portland və Oreqon ştatlarında etirazçılar Amerika bayrağını yandırıb.

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı,

Çərşənbə günü axşam saatlarında bir çox etirazçılar Chicago-da yerləşən Trump Tower-ə girişi bağlayıb

Özünün qələbə nitqində cənab Trump vəd edib ki, qalmaqallı kampaniyadan sonra "parçalanan yaraları bağlayacaq" və "bütün amerikalıların prezidenti olacaq".

Ağ Ev sözçüsü Josh Earnest deyib ki, cənab Obama varisi ilə çox səmimi görüşəcək və əlavə edib: "Mən demirəm ki, bu asan bir görüş olacaq."

Yeni seçilən prezident cümə axşamı günü Ağ Evə xanımı Melania ilə birlikdə təşrif buyuracaq və o, birinci xanım Michelle Obama ilə görüşəcək.

Qələbə münasibətilə cənab Trump-ı telefonla təbrik edən prezident Obama deyib ki, onlar arasında böyük fərqlərin olması "sirr deyildi".

O əlavə edib ki, "biz ölkə üçün ən yaxşı olanı istəyirik".