ABŞ şəhərlərində Trump-a qarşı etirazlar keçirilir

etirazlar

Doland Trump və Barack Obama təxminən 2 saat sonra Ağ Evdə hakimiyyət keçidini həyata keçirmək üçün müzakirələr edəcək.

Ağ Evin sözçüsü Josh Earnest deyib ki, "bu asan görüş olmayacaq".

Cənab Obama çərşənbə günü deyib ki, onunla cənab Trump arasında fərq "sirr deyil".

Eyni zamanda, ABŞ-ın bir neçə şəhərində Donald Trump-ın seçkilərdə qalib gəlməsinə etiraz aksiyaları keçirilir.

Ötən gecə yüzlərlə insan Ağ Evin qarşısında şam yandıraraq etiraz edib.

Şəklin alt yazısı,

Cənab Trump-ın seçilməsi çoxunu sarsıdıb

Minlər etirazçı "Sən mənim prezidentim deyilsən" qışqırıb və iş adamının narıncı kuklası yandırılıb.

Cənab Trump Hillary Clinton üzərində surpriz qələbə qazandıqdan sonra ABŞ-ın 45-ci prezidenti olacaq.

Şəklin alt yazısı,

Etirazların çoxu dinc olub

Şəklin alt yazısı,

Chicago-dakı Trump Tower-in qarşısında da etirazlar keçirilib

Cənab Trump-ı "uyğunsuz" adlandıran və ona qarşı kampaniya aparan cənab Obama bütün amerikalıları çərşənbə axşamı gününün nəticələrini qəbul etməyə çağırıb.

"Biz indi onun ölkəni birləşdirən və rəhbərlik edən uğuruna doğru gedirik".

Xanım Clinton da dəstəkçilərinə cənab Trump-a "liderlik etmək şansı" verilməli olduğunu deyib.

Çağırışlara baxmayaraq ölkənin bir çox şəhərlərində etirazlar keçirilib.

New York-da minlərlə insan Trump Tower qarşısında nümayiş keçirib, cənab Trump-ın immiqrasiya, LGBT haqları və reproduktiv haqlar barədə siyasətinə etiraz edib. New York Times yazır ki, 15 nəfər həbs olunub.

California-da Oakland-da etirazlar əsasən dinc idi, amma bəzi etirazçılar dükanların pəncərələrini sındırıb və polis onlara gözyaşardıcı qazla cavab verib

Los Angeles-də Trump-a qarşı kütləvi nümayişə görə əsas pulsuz yol bağlanıb.

Şəklin alt yazısı,

Washington-da etirazların çox dinc olub

Şəklin alt yazısı,

Los Angeles-də etirazçılar cənab Trump-ın kuklasını düzəldib..

Şəklin alt yazısı,

...və onu yandırıb

Chicago-da kütlə Trump Tower-in girişini tutaraq qışqırıb, "Trump-a yox, KKK-ə yox, faşist ABŞ-a yox"

Portland-da Oregonda nümayişçilər ştatlar arası yolu tutub.

Bundan başqa, Philadelphia, Boston, Seattle və San Francisco-da da nümayişlər keçirilib.