ABŞ seçkilərindən sonra Yeni Zelandiya immiqrasiya saytına giriş kəskin artıb

İmmiqrasiya Yeni Zelandiya (İNZ) bildirib ki, onların internet səhifəsinə 24 saat ərzində 56300 giriş olub

Şəklin mənbəyi, Immigration New Zealand

Şəklin alt yazısı,

İmmiqrasiya Yeni Zelandiya (İNZ) bildirib ki, onların internet səhifəsinə 24 saat ərzində 56300 giriş olub

Yeni Zelandiyanın immiqrasiya saytı bildirib ki, ABŞ-da prezident seçkilərinin nəticələri açıqlandığı zaman sayta giriş kəskin artıb.

İmmiqrasiya Yeni Zelandiya (İNZ) bildirib ki, onların internet səhifəsinə 24 saat ərzində 56300 giriş olub, bu təxminən 2,500 faiz artımdır.

Adətən sayta gündəlik orta hesabla 2300 giriş olur.

Kanadanın immiqrasiya saytına da çərşənbə günü giriş artdığı üçün sayt fəaliyyətini dayandırmışdı.

Donald Trump ABŞ-da keçirilmiş prezident seçkilərində gözlənilməz qələbə qazanıb.

Yeni Zelandiyada yaşamaq, işləmək, təhsil almaq və ölkəyə yatırım etməklə bağlı məlumatın olduğu internet saytına girişdə də eyni artım müşahidə edilib.

Bəzi amerikalılar bildiriblər ki, onların Yeni Zelandiyaya marağı cənab Trump-ın qələbəsi ilə bağlıdır.

Şəklin mənbəyi, Twitter/@Seulgichu808RV

Şəklin alt yazısı,

Görünür Donald Trump qalib gəldi... Yeni Zelandiya, gözlə məni", istifadəçi yazır

Şəklin mənbəyi, Twitter/@BCbasshead

Şəklin alt yazısı,

"Amerikalıların çoxu Kanadaya köçəcəklərini deyirlər... Məncə ora yetərincə uzaq deyil, mən yaxa qurtarmaq üçün Yeni Zelandiyaya gedəcəm", deyir digər istifadəçi

Lakin heç də hər kəs amerikalılara qucaq açmaq niyyətində deyil.

Şəklin mənbəyi, Twitter/@TaikaWaititi

Şəklin alt yazısı,

"Yeni Zelandiyaya köçməyi ağlınızdan belə keçirməyin. Yerinizə batırmısınız, indi də altını çəkin", istifadəçi deyir