Kanadalı musiqiçi Leonard Cohen 82 yaşında vəfat edib

Leonard Cohen

Kanadalı şair, bəstəkar və müğənni Leonard Cohen 82 yaşında vəfat edib.

Bi barədə xəbər mərhumun internet saytında yerləşdirilsə də, ölümünün səbəbləri ilə bağlı məlumat verilmir.

"Dərin hüzn hissi ilə bildiririk ki, əfsanəvi şair, nəğməkar və sənətçi Leonard Cohen vəfat edib", bəyanatda deyilir.

Kanadanın Baş naziri müğənninin vəfatı ilə bağlı xəbərdən üzüldüyünü bildirib.

Mərhumun xatirəsini yad edən Justin Trudeau Cohen-in yaradıcılığının 60-cı illərdə olduğu kimi bu gün də aktual qaldığını deyib.

Şəklin alt yazısı,

Leonard Cohenin Monreal şəhərindəki evinin qarşısında şamlar yandırılıb.

Leonard Cohen 1934-cü il sentyabrın 21-də Monreal şəhərində anadan olub.

Onun müsiqi karyerası 1960-cı illərdə başlayıb.

Leonard Cohen həyatı boyu "Hallelujah" və "Dance Me to the End of Love" kimi dünya boyunca tanınan müsiqi əsərlərinin bəstəkarı və ifaçısıdır.