Bu keçidlər xarici sayta aparır və yeni pəncərədə açılacaqlar
ABŞ prezidenti seçilmiş Donlad Trump Ağ Evdə Barack Obama ilə görüşəndə onların bir-birinə olan antipatiyası nəzərə çarpıb.
Bundan əvvəl cənab Trump prezidenti tarixin ən pis adamı adlandırıb, cənab Obama isə respublikaçı namizədin vəzifəyə yararsız olduğunu deyib.
New York otel sahibkarı, hazırda isə prezident seçilmiş Trump dəfələrlə Havay doğumlu prezidentin doğum haqqında şəhadətnaməsini sual edib, cənab Obama isə onu açıq şəkildə lağa qoyub.
Hər iki şəxs cümə axşamı Oval Ofisdə iki saatdan çox müzakirə ediblər və media önünə çıxdıqları zaman onlar keçmişdə olanları bir kənara qoyaraq birlik və dinc keçiddən danışmağa çalışıblar.
Lakin kameralar başqa hekayədən bəhs edir.
Fotonun müəllifiReutersImage caption
Əgər kənara daha diqqətlə baxsam, bunların hamısı keçib gedəcək...
Fotonun müəllifiReutersImage caption
Görünür Trump-ın fikri yayınıb... yəqin keçmişdə deyilənləri düşünür
Fotonun müəllifiEuropean photopress agencyImage caption
Bax bu əsl kadrdır... Obama daş sifət, Trump isə diş qıcayıb
Fotonun müəllifiAFPImage caption
Trump qərara gəlir ki, Obamaya baxa bilməyəcək, sadəcə olaraq baxa bilməyəcək
Fotonun müəllifiReutersImage caption
Trump rahatdır, əllə görüş sona çatdı
Lakin heç də hər an dözülməz olmayıb...
Fotonun müəllifiEuropean photopress agencyImage caption
Obama görüşün bitdiyini açıqladığı zaman nəhayət hər iki şəxs rahatlaşıblar
Melania və Michelle arasında isə belə problem olmayıb
Fotonun müəllifiWhite HouseImage caption
Melania Trump və Michelle Obama söhbət edirlər