Britaniya: Müharibə qurbanları yad edilib

Şəklin mənbəyi, Getty Images
Kraliça keçmiş və indiki siyasi liderlərin əhatəsində mərasimə rəhbərlik edib
Böyük Britaniyada Anma Bazar Günü (Rememberance Sunday) bütün qurumlar iki dəqiqəlik sükutla müharibə qurbanlarını yad edib.
Londonda Kenotaf abidəsində keçirilən mərasimə Kraliça II Yelizaveta rəhbərlik edib.
Baş nazir Theresa May və başqa partiya liderləri də mərasimə qatılıb.
Kraliça abidə önünə əklil qoyub və sonra onu Edinburq hersoqu və Uels şahzadəsi müşayiət ediblər.
Şəklin mənbəyi, Reuters
Hərbi xidmət keçmiş şahzadələr Andrew, Harry və William də tədbirdə iştirak edib
Şəklin mənbəyi, PA
Cambridge hersoqinyası, Cornwall hersoqinyası və Wessex qrafinyası mərasimə qatılıb
Şəklin mənbəyi, Getty Images
Abidə önünə əklil qoyan Kraliça Edinburq hersoqu tərəfindən müşayiət olunub
Şəklin mənbəyi, PA
Leyboristlərin lideri Jeremy Corbyn və baş nazir Theresa May də əklillər qoyublar
Xarici işlər katibi Boris Johnson Kew Bağları tərəfindən hazırlanmış əklili adadan kənardakı ərazilərin adından təqdim edib
Whitehall-da 700-dən çox əsgər, dənizçi və hava qüvvələrinin üzvləri tədbirdə iştirak ediblər
Həyatını itirmiş Britaniya hərbçilərinin xatirinə Sonuncu Çağırış ifa edilib
Anma Bazar Günü hər il noyabrın ikinci həftəsonu keçirilir.
1921-ci ildən bəri süni lalə gülü bu günün rəmzi qəbul edilib.